Четверг
25.04.2024
20:01
Форма входа
Поиск
Календарь
«  Январь 2009  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Архив записей
Наш опрос
Hansi mugenni xosuvuza gedir?
Всего ответов: 638
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0

    www.azeriler.moy.su

    Главная » 2009 » Январь » 21 » QANLI YANVAR......
    QANLI YANVAR......
    19:31
    Bu gün Qanlı Yanvarın 12-ci ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik ordu yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.
    Bakının işğalında Kremlin əsas məqsədi Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına yol verməmək idi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Qara Yanvarın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialından 69-nu keçmiş SSRİ Prokurorluğu Moskvaya aparıb. Sənədlər indiyədək Azərbaycana qaytarılmayıb. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının tarixində nə qədər hüzn və faciəli mərhələdirsə, bir o qədər şərəf və cəsarət dövrüdür. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. Təbii ki, 1990-cı ilin yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən 12 il ərzində Qanlı Yanvarın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.
    Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik salnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq. Artıq 12 il keçib, biz bu istiqamətdə xeyli ləngimişik. Qara Yanvarı daxili dərd və faciə kimi dəyərləndirdiyimiz yetər. Dünya hələ də 12 il öncə Azərbaycanda nə baş verdiyindən, 20 Yanvarın mahiyyətindən ən yaxşı halda səthi xəbərdardır.
    Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faciənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi dişsiz və səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanat, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi. Digər tərəfdən, 20 yanvar Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmeti olub, "Faciənin günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarı Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik Sovet Ordusunun 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya təcavüzünə, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilini Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı. O vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20 yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı. 1990-cı ilin 20 yanvarından sonra Azərbaycanın o vaxtkı rəhbərliyi adından yeganə və nisbətən sərt bəyanatı yanvarın 21-də Ali Sovetin sədri Elmira Qafarova elan etdi. Lakin Azərbaycan rəhbərliyinin sonrakı addımları cəsarətsizlik və siyasi təslimçilik istiqamətində idi. O vaxt Azərbaycan xalqı adından digər etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin vaxtda Moskvada yaşayan Heydər Əliyevin Azərbaycan xalqı adından verdiyi bəyanat isə xüsusilə böyük rezonans doğurdu. Çünki bilavasitə Moskvada, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilmişdi. Azərbaycanın rəhbərliyi isə səsini içinə almışdı.
    SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozulmuş və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı (?) verməklə münasibət bildirmişdi.
    1990-cı ilin yanvarında SSRİ rəhbərliyinin həyata keçirdiyi aksiya sözün gerçək mənasında Azərbaycan xalqına qarşı kütləvi terror idi. Eyni zamanda bu aksiya bəşəriyyət əleyhinə cinayət idi. Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Amma o da faktdır ki, hələlik antibəşəri mahiyyəti aşkar olan bu hadisənin müvafiq beynəlxalq hüquqi çərçivəyə salınmasına nail olmamışıq. Bakıya qoşun yeridilməsi və fövqəladə vəziyyət haqqında yanvarın 19-da imzalanan və faktiki olaraq cinayət baş verəndən sonra, 20-si səhər rəsmən elan edilən fərman həm SSRİ Konstitusiyasının (maddə 119), həm də Azərbaycan SSR-in Konstitusiyasının (maddə 71), habelə 1966-cı ildə qəbul olunmuş "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın (maddə 1), digər beynəlxalq konvensiyaların kobud şəkildə pozulması idi. Azərbaycan SSRİ tərkibində müttəfiq respublika kimi beynəlxalq hüququn subyekti idi və 20 yanvar hadisələri ilə onun suverenliyinə təcavüz edilmişdi. Yanvarın 22-də Azərbaycanın Ali Soveti Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi və bütün qoşun hissələrinin şəhərdən təcili olaraq çıxarılması barədə qərar qəbul etsə də, bu tələb nəinki nəzərə alınmadı, fövqəladə vəziyyət bir ildən artıq davam etdi. Fövqəladə vəziyyət rejimi dövründə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu...
    20 Yanvar hadisələri ilə bağlı aparılmış təhqiqatlarda onlarla belə fakt var. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail olmalıyıq. Söhbət ondan getmir ki, həmin rəy və qiymət nəticəsində bu insanlıq əleyhinə cinayəti törədənlər dərhal cəzasını alacaq. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də formal olmayan əhəmiyyəti var.
     
    Просмотров: 8466 | Добавил: azeriler | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Имя *:
    Email *:
    Код *: